melihemi?

turk modern seri

Pazartesi, Haziran 20, 2005

Meliheden serler 11 Qaynaq: www.dalgam.com

11

Dəli-dəli gülüp demə uşaqsan
bir baxsana!
Başarıram saymağı: -
Bir...
iki...
sonradan
- üç!
Yirmi iki yaşım var, başarıram sevməyi
başarıram, səni şerə qatıb
içəm
gözlərindən əynimə bir donluq
biçəm
düşlərinə cığır salıb ordan
geçəm
başarıram səni-səndən alıp
qaçam
ürəyindən-ürəyimə bir yol
açam
ay- ulduzlu tünlərində sevinc
saçam
başarıram baxışından balıq
tutam
başarıram gülüşündən alma
dərəm
başarıram...
ancaq
bir an sənsiz yaşamağı
başarmıram...başarmıram...başarmıram...

Meliheden serler 12

12

Ruhumdan kəpənək qopur
əllərində çiçək!
Açıq qoy pəncərəni
bax... paylandıqca səninlə
böyüyürəm.
8

Dünən, tanrıyla bölüşürdük varlığı.
Yeri, o götürdü
göyü isə mən.
Sən, ortada görününcə
göyü bağışlayıb
səni götürdüm...

Meliheden Serler 2

2

Dənizə darıxır bu dəli gönlüm!
Ümüdüm qalıbdır, günəşə, göyə
Ümüdüm qalıbdır , buluda, gölə
Ümüdüm qalıbdır , dumana, çənə.

Gözlərində götür məni dənizə
son ümüdüm qalıb
yağmura... sənə...

Cuma, Haziran 17, 2005

Meliheden Serler


4

Daha çıldırmışam nanay... nay!

İndi mənim o yerimdi
dünyanı təp-çevir edəm
Nə olacaq?
Məni tutub asacaqlarmı
Yoxsa canımı alacaqlar?

Bax .. indicə
sidaqəti suya qatıb içəcəyəm
həqiqəti bəllələyib yiyəcəyəm
nə vecimə!
Boğazımdamı qalacaq
Yoxsa kəhliyim azacaq?

Daha çıldırmışam nanay... nay!

Əlimi lap uca yerə qoymuşam
Dəliliyin son noqtasını qoymuşam
Bu qonunu, saf vicdandan duymuşam:

1 “Yaşam, çapıb-çapılmaqdır
çapmasan, çapılacaqsan“

Çıldırmışam daha
Nanay... nay...



17

Qapını bağla...
Pəncərəni ört...
Pərdələri çək...
Çıraqları söndürmə saqın
qorxuram.
Tərpənmə yerindən
Kölgələri oyaltma amandır
qorxuram...

Səsini ud
əllərimi tut
yavaş... yavaş... yavaş...
hənirtimiz bəllənməsin birdən
qorxaram...

qapını...
pəncərəni...
pərdələrə açma
çıraqları söndürmə hələ...
əllərimi buraxma
tərpənmə belə...
qorxmuram.



33

Taleimiz qan qoxuyur !

Buyur əyləş ürəyimdə bir alma soy.
Qoy istibdad otağımıza belə girsin
heç darıxma
bu, pis qoxulu qara böcək
gəldiyin tək, gedəcək
sən gülümsə...

Əllərini üzalt mənə!
Siberyada, qutubda ansan bir an
heç andırma
əllərimi tut, mənimsə.

Yaşıl-yaşıl danış lütfən
hislərimi maviləşdir
Toprağımız, xəritəmiz, qan qırmızı bölünsə də
heç aldırma
Bu ulu yurd bizimkidir
sən gülümsə...

Gələcəyin bəxdəvərlik uşaqları bizimkidir
Uca tale, bizimkidir
sən gülümsə, sən gülümsə...

Perşembe, Haziran 16, 2005

Melihe kimdir?

Bu Blog şair Məlihe Əzizpur üçün açıldı. Sevinsin ŞAİR.
Gözləyin daha Məlihə xanımın kim olduğu, şerləri... yazılacaq...
görüşmək üzərə....