Meliheden Serler
4
Daha çıldırmışam nanay... nay!
İndi mənim o yerimdi
dünyanı təp-çevir edəm
Nə olacaq?
Məni tutub asacaqlarmı
Yoxsa canımı alacaqlar?
Bax .. indicə
sidaqəti suya qatıb içəcəyəm
həqiqəti bəllələyib yiyəcəyəm
nə vecimə!
Boğazımdamı qalacaq
Yoxsa kəhliyim azacaq?
Daha çıldırmışam nanay... nay!
Əlimi lap uca yerə qoymuşam
Dəliliyin son noqtasını qoymuşam
Bu qonunu, saf vicdandan duymuşam:
1 “Yaşam, çapıb-çapılmaqdır
çapmasan, çapılacaqsan“
Çıldırmışam daha
Nanay... nay...
17
Qapını bağla...
Pəncərəni ört...
Pərdələri çək...
Çıraqları söndürmə saqın
qorxuram.
Tərpənmə yerindən
Kölgələri oyaltma amandır
qorxuram...
Səsini ud
əllərimi tut
yavaş... yavaş... yavaş...
hənirtimiz bəllənməsin birdən
qorxaram...
qapını...
pəncərəni...
pərdələrə açma
çıraqları söndürmə hələ...
əllərimi buraxma
tərpənmə belə...
qorxmuram.
33
Taleimiz qan qoxuyur !
Buyur əyləş ürəyimdə bir alma soy.
Qoy istibdad otağımıza belə girsin
heç darıxma
bu, pis qoxulu qara böcək
gəldiyin tək, gedəcək
sən gülümsə...
Əllərini üzalt mənə!
Siberyada, qutubda ansan bir an
heç andırma
əllərimi tut, mənimsə.
Yaşıl-yaşıl danış lütfən
hislərimi maviləşdir
Toprağımız, xəritəmiz, qan qırmızı bölünsə də
heç aldırma
Bu ulu yurd bizimkidir
sən gülümsə...
Gələcəyin bəxdəvərlik uşaqları bizimkidir
Uca tale, bizimkidir
sən gülümsə, sən gülümsə...

1 Comments:
At 6/28/2008,
Yakup icik said…
Hür
Bir günes batimi yasadik,
Ruhumu saran seninle beraber.
Bir olsak simsiyah örtülü gece ile,
Unutsak her seyi,hatta gami bile...
Sensiz ne anlami var batan günesin?
Olmaz ki,canim cekmez onu seyredemem.
Günes sorar seni benden!
Hani? esmer güzeli sevgilin,bir tanen...
Yakup icik
Yorum Gönder
<< Home